Siyasət

Ukrayna ordusu bir neçə istiqamətdə rusların qarşısını aldı

14 İyul 2022 08:57
0 Şərh     Baxış: 1 099

Ukrayna ordusu bir neçə istiqamətdə rusların hücumlarını dəf edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

"Xarkov istiqamətində işğalçılar əsas səylərini qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldiblər. Ukrayna əsgərləri artıq onuncu dəfədir ki, Dementyevka istiqamətində düşmənin hücumunu dəf ediblər. İndi düşmən tədarükünü artırır və şəxsi heyəti və hərbi texnikası ilə itki verən bölmələri tamamlamağa çalışır.

Müdafiəçilərimiz İvanovka və Vadi istiqamətində hücumları uğurla dəf etməklə yanaşı, işğalçıları geri qovublar", - məlumatda qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.