Siyasət

“Hər kəs sizin arxanızca gülür” - Zaxarova

9 İyul 2022 19:58
0 Şərh     Baxış: 989

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin G20-nin sammitində təcrid edildiyini deyən ABŞ dövlət katibi Entoni Blinkenə cavab verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Zaxarova Blinkenin öz uğursuzluğuna haqq qazandırmaq üçün "uzun nağıllar" uydurduğunu bildirib.

"Əksəriyyətin heç yada salmadığı bir sıra forum və tədbirlərdən qaçaraq özünüzü təcrid vəziyyətinə salan sizsiniz, cənab Blinken", - XİN-in sözçüsü qeyd edib.

Zaxarova həmçinin Blinkenin hamıya Rusiyanı təcrid etmək tələblərini xatırladıb və qeyd edib ki, ABŞ dövlət katibi bununla özünü gülünc vəziyyətinə salıb.

O, hər kəsin Blinkenin arxasınca güldüyünü deyib.

Qeyd edək ki, G20-nin İndoneziyada keçirilən toplantısına qatılan Rusiya xarici işlər naziri Sergey Lavrov sammiti yarımçıq tərk edib. Rusiyalı nazir sammit çərçivəsində yalnız Çin və Türkiyədən olan həmkarları ilə görüşə bilib. Digər ölkələrin xarici işlər nazirləri isə onunla ənənəvi foto çəkdirməkdən və görüşdən imtina ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.