Qaraqalqapıstanda qara niyyət: Özbəkistanda nə baş verir?
Özbəkistanın Qaraqalpaqıstan bölgəsində kütləvi etiraz aksiyaları səngiyir.
Qaraqalpaqıstan Muxtar Respublikası Qazaxıstanın Manqistau, Aktyubinsk və Kızıl Orda vilayətləri ilə həmsərhəddir. Özbəkistan ərazisinin 40 faizindən ibarət olan respublikada təqribən 500 min qaraqalpaq yaşayır. Qarapalpaq dili türk dillərinin qıpçaq qrupuna daxildir, qazax dilinə bənzəyir.
Qaraqalpaq muxtar vilayəti 1924-cü ildə yaradılmışdı. 1930-cu ilədək Qazaxıstan SSR-in tərkibində olub, sonra isə bilavasitə Rusiya Federasiyasına tabe olunub. 1936-cı ildə Özbəkistan SSR-in ərazisinə daxil edilib.
Sovetlər Birliyi dağılandan sonra, 1992-ci ildə Qaraqalpaqıstana muxtar respublika statusu verildi. 1993-cü ildə imzalanmış müqaviləyə görə, Qaraqalpaqıstan Respublikası 20 il müddətinə Özbəkistanın tərkibində yer almışdı.
İndiki etiraz aksiyalarının səbəbi isə Özbəkistan Konstitusiyasına ediləcək əlavələr və dəyişikliklərdir. Daha konkret olsaq, Konstitusiyanın 70, 71, 72, 74 və 75-ci maddələrinə dəyişikliklər edilməsi, Qaraqalpaqıstanın suveren statusdan və Özbəkistanın tərkibindən çıxmaq hüququndan məhrum edilməsi nəzərdə tutulur.

Dəyişikliklərin təşəbbüskarı Özbəkistan Prezidenti Şövkət Mirzayayevdir.
Ümumiyyətlə, Konstititusiyaya təqribən 200 əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur ki, onların arasında dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması da var.
Ş.Mirzayeyev etiraz aksiyalarından sonra Qaraqalpaqıstanın suverenliyinin qorunacağını deyib.
Dünən o, Qaraqalpaqıstanın inzibati mərkəzi Nukus şəhərinə yollanaraq yerli hakimiyyət strukturlarının rəhbərləri və ağsaqqallarla görüşüb.
Yerli ali qanunverici orqan olan Jokarqı Kenesdə çıxış edərkən N.Mirzayayev deputatlara xitabən deyib: "Konstitusiyaya dəyişikliklər və əlavələri siz təklif etdiniz, siz belə təşəbbüs göstərdiniz, siz imzaladınız, siz çıxış etdiniz və siz də təsdiqləyərək qəbul etdiniz. Özbəkistan Konstituasiyasındakı 70, 71, 72, 73, 74 və 75-ci maddələrdə Qaraqalpaqıstanla bağlı olan dəyişikliklər qaraqalpaq xalqı narazı olarsa, qəbul edilməyəcək".

Qaraqalpaqıstanda fövqəladə vəziyyət və komendant saatı elan olunub.
Özbəkistan hökumətinin və DİN-in dünən yaydıqları birgə bəyanatda bildirilir: "Kütləvi iğtişaşların təşkilatçıları vətəndaşları Nukusda dövlət qurumlarının binalarının qarşılarına yığaraq həmin binaları ələ keçirməyə və bununla da cəmiyyətdə parçalanma yaratmağa, ictimai-siyasi vəziyyəti məcradan çıxarmağa çalışıblar. Bu cəhdlərin qarşısı alınıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərənlər saxlanılıb. Aksiyaların ölkədən kənardakəı qüvvələ tərəfindən təşkil edilərək idarə olunduğu ilə bağlı ehtimallar güclüdür".
Rəsmi Daşkənd aksiyaların təşkilatçısı, sifarişçisi və idarəedicisi olan "qüvvə"nin adını çəkməsə də, Mərkəzi Asiyadakı proseslərə azacıq bələd olanlar üçün bu, sirr deyil.
Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın son illərdə Rusiya Federasiyasının şəksiz geosiyasi, iqtisadi, hərbi və s. məkanını tərk edərək müstəqil siyasət yürütməyə çalışması sürəkli gərgin situasiyaların yaranmasına səbəb olub.
Qazaxıstanda vəziyyəti dövlət çevrilişinə cəhd səviyyəsinə çatdıran "qüvvə" istədiyinə çatmayacağını anlayınca ölkəyə MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti yeridilmişdi.

Məqsəd Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevi "ram" etmək, onu kənardan diqtə olunan şərtlərin qəbuluna sövq və məcbur etməkdi.
Tokayev şərtləri qəbul etmədi, Qazaxıstanın xarici siyasət və geosiyasi orientirlər kursunu dəyişməyəcəyini bəyan etdi.
Özbəkistan Prezidenti Şövkət Mirzayayev də ölkəsinin Rusiya Federasiyasından asılı olmayacağını bir neçə dəfə üstüörtülü bəyan edib.
Qaraqalpaqıstandakı vəziyyət, kütləvi iğtişaşlara cəhd rəsmi Daşkəndin sınağa çəkilməsidir.
Daşkənd sınaqdan çıxacaq və Qazaxıstandakı situasiya Özbəkistanda təkrarlanmayacaq.
Uduzan isə yenə həmin "qüvvə"dir.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian





