Bizdən üz döndərənləri unutmuruq - Ərdoğan
Son altı ildə keçirilən əməliyyatların uğurları Türkiyə Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına daxil etməyə əsas verir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetində çıxışı zamanı deyib.
"Biz ordunun məhkəmləndirilməsi və dünyanın ən güclü ordusuna çevrilməsi istiqamətində addımlarımızı davam etdirəcəyik", - deyə Türkiyə lideri bildirib.
R.T.Ərdoğan qeyd edib ki, müəyyən kadr çatışmazlığına baxmayaraq, Türkiyə Silahlı Qüvvələri yeni uğurlar nümayiş etdirməkdə davam edir.
Onun sözlərinə görə, Türkiyə ordusunun gücü terrorla mübarizə sahəsində, o cümlədən sərhədyanı əməliyyatlarda da özünü göstərir: "Terror təhlükəsi tamamilə aradan qaldırılana qədər terrorizmlə mübarizə davam edəcək", - deyə Türkiyə lideri bildirib.
R.Ərdoğan xarici tərəfdaşların Türkiyədə keçirilən hərbi təlimlərə artan marağını qeyd edib.
Dövlət başçısı bildirib ki, Türkiyədə keçirilən "EFES" hərbi təlimlərində iştirak edən ölkələrin sayı ABŞ da daxil olmaqla 39-a çatıb.
"Türkiyə və onun xalqı dünyanın istənilən yerində qələbələrə töhfə verməyə hazırdır. Biz bunu Azərbaycanda və Liviyada nümayiş etdirmişik", - Türkiyə lideri bildirib.
Türkiyə dövlət başçısı qeyd edib ki, bir sıra NATO ölkələri terrorla mübarizədə Ankaranı dəstəkləmir. "Bizdən üz döndərənləri unutmuruq", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə lideri NATO-nun Madriddə keçirilən son sammitinin nəticələrinə də toxunub.
Onun sözlərinə görə, İsveç və ya Finlandiya öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini gecikdirməyə və ya həyata keçirməməyə çalışsalar, Türkiyə NATO-nun genişlənməsi üzrə ilkin mövqeyinə qayıdacaq. "Buna heç kimin şübhəsi olmasın", - deyən R.T.Ərdoğan NATO-ya dəvətin Şimali Atlantika Alyansı sıralarına qəbul edilmək anlamına gəlmədiyini vurğulayıb.
Prezident R.T.Ərdoğan daha sonra Afinaya xəbərdarlıq edib. "Yunanıstan tarixin dərslərini xatırlamalı və bölgədəki prosesləri nəzərə almalıdır", - Türkiyə lideri bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi





