Hər an Zəngəzurda əməliyyatlar başlaya bilər - İrəvan müharibəyə çəkir
"Paşinyan açıqlamalar verərkən bir tərəfdən cəmiyyət və revanşistlər olmaqla daxili auditoriyaya oynamaq məcburiyyətindədirsə, digər tərəfdən də hələ də yerində bərk duran, artıq dağdan da aydın görünən Müzəffər Ali Baş Komandanın dəmir yumruğunun təsiri altında öhdəliklərini icra etməli olduğunu da yaxşı bilir".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistan dinc dayanmasa, Azərbaycan hər an anti-terror əməliyyatları keçirə bilər:
"İyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı Minsk qrupunun vaxtilə münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrilməsini, indi də Ermənistan və digərlərinin onu həyata qaytarmağa çalışdığını aydın ifadə etməsi heç də təsadüf deyil. Ermənistan qədər bütün dairələr də aydın dərk etməlidir ki, "status" kimi ATƏT-in Minsk qrupu da ölüdür. Dövlət başçımızın da ifadə etdiyi kimi ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.
Aydın görünür ki, xaricdən də təlimat alan Paşinyan həm də kənar qüvvələrin istəklərini icra edir. Deməli, Paşinyan həm də manevr çevrəsini geniş çəkir. Bunu isə elə erməni mətbuatından da aydın görmək olur. Çünki Ermənistan Prezidenti Vaaqn Xaçatryan prezidentinliyinin 100 günü münasibətilə ölkə ictimai televiziyasına müsahibəsində manevr etməkdən danışmış, diplomatiya, populizm və ictimai bəyanatlar məsələsinə də təsadüfən toxunmamışdı. Müsahibədə Xaçatryan bildirmişdi ki, müxalifətdə elə adamlar var ki, vaxtilə onlar da bu cür situasiyaya düşüblər.
Şübhəsiz ki, burada əslində, Ümummilli Lider Heydər Əliyevin qətiyyətinin, siyasi iradəsinin nəticəsi olan Lissabon Sammitindən söhbət gedir. Belə ki, 1996-cı il dekabrın 2-3-də keçirilən Lissabon Zirvə görüşündə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu hesab edilən bu sammitdən sonra Ermənistanın bütün cəhdlərinin qarşısı zamanında alınmışdı. Çünki Paşinyanın özü də bu sammitin Ermənistan üçün həyəcan siqnalı olduğunu etiraf etmiş, daha sonra isə Köçəryanın Dağlıq Qarabağı danışıqlar prosesindən kənarlaşdırmasında ittiham etməsinin ardından məsələlərin onların əleyhinə getməkdə günahlandırmışdı.
Odur ki, Ermənistanın Qarabağı beynəlxalq hüququn subyektinə çevirmək cəhdlərini vaxtında yerindəcə boğan Ümummilli lider Heydər Əliyevin işini Prezident İlham Əliyev zamanında və çevik davranaraq həll etdi, münaqişə, status, ATƏT-in Minsk Qrupu kimi terminləri tarixin tozlu səhifələrinə qərq etdi.
"Status" mövzusunu gündəmdə süni şəkildə tutaraq bunu Qarabağdakı ermənilərin taleyi ilə bağlı məsələ üzərindən manipulyasiyalar etmək cəhdi puçdur. Qarabağdakı ermənilərin taleyi ilə bağlı ortaya qoyduğumuz yanaşma da, vizyonumuz da olduqca aydındır. Onlar bilməlidir ki, Ermənistan, ya başqa hansısa tərəfə inanmaqla, güvənməklə aqibətləri ən yaxşı halda elə Ermənistanın mərkəzində yaşayanların aqibətinə bərabər olacaq.
Ermənistanda da siyasi, iqtisadi, sosial durumunun acınacaqlı səviyyəsi göz önündədir. Aşağı müavinətlər, ölkədən kütləvi qaçan gənc nəsil, bir sözlə qlobal iqtisadi böhranla daha da gərginləşən vəziyyət. Onların taleyi o zaman müsbət həllini tapar ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər, Azərbaycan sərhədləri daxilində dinc yaşasınlar. Ermənistan aydın bilməlidir ki, dinc dayanmadıqları halda Azərbaycan hər an anti-terror əməliyyatları keçirmək, regionda mümkün sülhün bərqərar olması üçün bütün dağıdıcı təsirlərin qarşısını almaq hüququna və gücünə malikdir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian





