Siyasət

Baydendən Türkiyə ilə bağlı ETİRAF: "Bunun əksi bizim maraqlarımıza uyğun deyil"

30 İyun 2022 21:28
0 Şərh     Baxış: 1 033

"F-16 qırıcılarını Türkiyəyə satmalıyıq".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden NATO sammitinin yekununda verdiyi açıqlamada deyib.

"Türkiyəyə F-16 satmaq və modernləşdirmək lazımdır. Bunun əksi bizim maraqlarımıza uyğun deyil. Bu məsələ ilə bağlı mənim mövqeyim dəyişməyib. Konqresin təsdiqi də lazımdır, fikrimcə, buna nail ola biləcəyik", - deyə C.Bayden bildirib.

Qeyd edək ki, Türkiyə ötən ilin oktyabrında ABŞ-dan 40 ədəd F-16 qırıcısı satın alınması üçün müraciət etmişdi. ABŞ Dövlət Departamenti bu satışın dövlətin maraqlarına uyğun olduğu barədə Konqresə yazılı müraciət göndərsə də, ABŞ Konqresi bu əməliyyata hələlik razılıq verməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.