Siyasət

İsrail parlamentinin buraxılması təxirə salındı

30 İyun 2022 07:45
0 Şərh     Baxış: 288

İsrail Knessetinin (birpalatalı parlamentdə) buraxılması və yeni seçkilərin keçirilməsi haqqında qanun layihəsi üzrə səsvermə planlaşdırıldığı kimi çərşənbə günü keçirilməyəcək, səsvermə iyunun 30-na təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir sıra deputatlar parlamentin buraxılmasından əvvəl bir sıra təkliflər üzrə səsvermənin keçirilməsində israrlı olduqlarına görə ikinci və üçüncü oxunuşda səsvermə baş tutmayacaq.

İkinci və üçüncü oxunuşlar üzrə səsvermənin iyunun 30-u səhər saat 8:00-da baş tutacağı gözlənilir. Əgər bu səsvermə baş tutarsa, rotasiya razılaşmasına əsasən hazırkı xarici işlər naziri Yair Lapid iyulun 1-nə keçən gecə yeni baş nazir olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.