Paşinyan Lavrovun Bakı bəyanatından "şoka düşüb"
Rusiya XİN rəhbəri Sergey Lavrovun ATƏT-in Minsk Qrupu ilə bağlı Bakıda səsləndirdiyi bəyanat, yumşaq desəm, çox qəribədir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlayn rejimdə keçirdiyi mətbuat konfransında deyib.
O iddia edib ki, 19 aprel 2022-ci ildə Rusiyaya səfəri zamanı Prezident Putinlə birgə bəyanat imzalayıb:
"O bəyanatda bildirilir ki, biz Dağlıq Qatabağ konfliktinin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun potensialından istifadə edərək əməkdaşlıq etməliyik".
Paşinyan Minsk Qrupunun həmsədr ölkələrinin və qrupun özünün fəaliyyətini dayandırdığını elan etmədiyini bildirib.
Qeyd edək ki, Rusiya dəfələrlə ABŞ və Fransanın Rusiya ilə əməkdaşlıq etməməsi səbəbindən Minsk Qrupunun artıq tam iflic olduğunu elan edib. Lavrov özü də 8 apreldə erməni həmkarı Ararat Mirzoyanla Moskvada görüşərkən, "Vaşinqton və Paris rusofobiyaya görə Moskva ilə bu formatda (Minsk Qrupu - red.) əlaqə saxlamayacaqlar" demişdi.
Rusiya, Fransa və ABŞ da MQ-dəki həmsədrləri "Qafqaz üzrə nümayəndələr" olaraq təyin ediblər və de-fakto əməkdaşlığı dayandırıblar. Bu nümayəndələr də regiona ayrı-ayrılıqda səfər edirlər.
Xatırladaq ki, Lavrov Bakıya son səfərində (23-24 iyunda) "ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı iştirakçıların təşəbbüsü ilə fəaliyyətini dayandırdığını" açıq şəkildə elan etmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp





