Dünya

ÜST-dən meymunçiçəyi virusu ilə bağlı - Xəbərdarlıq

25 İyun 2022 08:04
0 Şərh     Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun qarşısının alınmadığı təqdirdə yeni pandemiya ola biləcəyini bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu fikirlər ÜST-nin fövqəladə hallar komitəsinin iclasında səsləndirilib.

Meymunçiçəyi virusu artıq 58 ölkədə müşahidə olunub. Ümumilikdə 3 min 417 nəfərdə virusa yoluxma halı təsdiqlənib. Müxtəlif qitələrdə yoluxanların sayı hər həftə artır. Ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.

ÜST qeyd edib ki, meymunçiçəyi virusu çiçək xəstəliyindən daha az ölüm nisbətinə malikdir, lakin virusun yayılmasının qarşısını almaq üçün müvafiq praktiki tədbirlər görülmədiyi təqdirdə milyonlarla insanın ölümünə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.