Şavkat Mirziyoyev tərəfindən İlham Əliyevin şərəfinə qəbul təşkil edilib - VİDEO - FOTO
İyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəbulda konsert proqramı təqdim olunub.
Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.
Prezident Şavkat Mirziyoyev: Əvvəlcə, bu gün bizim sənətçilər dostum, qardaşım İlham Heydər oğluna gözəl Xivədə, Özbəkistanda bizim mədəniyyətimizi, sənətimizi və onların yaxınlığını göstərdilər. Mən Sizə olduqca minnətdaram və bu gün çox qurur hissi keçirdim ki, qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi. Bu sənətçilər bizim mədəniyyətimizi, tariximizi, soykökümüzü, birliyimizi dərin sevgi, məhəbbət və ehtiramla tərənnüm etdilər, göstərdilər ki, bu iki böyük xalqın tarixi birliyi və gələcəyi həqiqətən də sarsılmazdır. Biz dünəndən dostluğumuz, əlaqələrimiz haqqında danışır və müzakirələr aparırıq. Lakin bu gün bizə bunu əməli olaraq sənət ilə göstərdiniz. Mən sizə minnətdaram.
Son illər bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə, makomumuza və muğamımıza ehtiramla yanaşmağımız təqdirəlayiqdir. İllər ötəcək, əsrlər keçəcək və gələcəkdə siz bu mədəniyyətin iştirakçıları olacaqsınız. Övladlarınız, qonşularınız, dostlarınız həmişə bu mədəniyyət ilə təmasda olacaqlar. Mən qardaşım İlham Heydər oğluna məmnuniyyətlə demək istəyirəm ki, bu gün sənətçilər bizə Yeni Özbəkistanda yeni mədəniyyəti göstərdilər.
Prezident İlham Əliyev: Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz.
Şavkat Miromonoviçlə bu masa arxasında söhbət əsnasında o, hər bir ifaçının adını bilirdi. Bilirdi harada oxuyub, bu, Bakıda oxuyub, o orada oxuyub, bu, mədəniyyət naziridir, o orada. Bu, onu göstərir ki, Prezident hər bir sənət adamının məsələləri ilə şəxsən məşğul olur. Onun sizə olan sevgisi özbək xalqına olan sevgisidir.
Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq.
Prezident Şavkat Mirziyoyev: İnşallah.
Prezident İlham Əliyev: Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik.
Prezident Şavkat Mirziyoyev: Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq, birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışımız, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Mən bir məsələni sizlərə bildirmək istəyirəm ki, iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq.
Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz.
Özbəkistanın paytaxtı Daşkənd öz yerində, Xivədə, Xarəzm vilayətində, uzaq bir diyarımızda qardaşım üçün bu konserti hazırlayan orkestrimizə minnətdarlığımı bildirirəm. Mədəniyyət nazirimiz bu orkestri təşkil etdi və mən bunun üçün onun xidmətini qiymətləndirirəm. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Sonda xatirə şəkli çəkdirildi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?





