Şavkat Mirziyoyev: Heydər Əliyev özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı
Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində çıxışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.
Özbəkistan Prezidenti bildirib:
"Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm.
Heydər Əliyevin fəaliyyətini, onun sanballı şəxsiyyətini və böyük irsini dünyanın müxtəlif ölkələrinin görkəmli siyasətçiləri və ictimai xadimləri yüksək qiymətləndirirlər.
Hörmətli mərasim iştirakçıları, bizim ölkələrimiz arasında dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfəsini xüsusi qeyd etmək istərdim. Onunla Özbəkistanın rəhbərləri Şərəf Rəşidoviç Rəşidov, daha sonra İslam Abduqəniyeviç Kərimov arasında etimada əsaslanan səmimi münasibətlər yaranmışdı. Bizim liderlər arasında dostluq iki ölkənin və iki qardaş xalqın sıx qarşılıqlı əlaqə saxlamasına, fəal mübadilələri, o cümlədən humanitar mübadilələri inkişaf etdirməsinə imkan verib. Azərbaycan xalqının Ümummilli Lideri özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı. Hərtərəfli savadlı və əsl ziyalı insan olan Heydər Əliyev bizim tariximizə, mədəniyyətimizə və ənənələrimizə səmimi heyranlığını bildirirdi. Məsələn, 1996-cı ildə Daşkənddə olarkən, Heydər Əliyev Teymurilər Tarixi Muzeyini ziyarət edərək Fəxri qonaqlar kitabında yazdığı qeyddə xüsusi olaraq vurğulamışdı: "Əmir Teymurun xidmətlərinə, onun tarixi irsinə qayğıkeş, hörmətli münasibətə görə Özbəkistan xalqı çox sağ olsun". Bu, yüksək mənəviyyat və müdriklik təzahürüdür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
XƏBƏR LENTİ
-
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
Azərbaycanda ÜDM 1,2 faiz artdı
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Sükan arxasında bu mahnını dinləmək təhlükəlidir
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır





