Mina problemimiz İsveçrədə müzakirə olunacaq
2022-ci il 20-22 iyun tarixlərində Lüksemburq, Belçika Krallığı və İsveçrədə humanitar minatəmizləmə mövzusunda silsilə görüşlər keçiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə səfər təşkil olunub.
Belçika Krallığı və İsveçrədə bir neçə beynəlxalq qurumlarla təşkil olunan görüşlərin məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, onun törətdiyi nəticə və fəsadları, minalarla yüksək səviyyədə çirklənmə səbəbindən bərpa və yenidənqurma işlərinə maneələri, eləcə də bu sahədə dünya ictimaiyyəti və donorlara çağırış edilməsidir.
Məlumdur ki, mina və müharibənin partlayıcı qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına ciddi təhdid və maneədir. Bu istiqamətdə görülən birgə səylər və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində beynəlxalq dəstəyin göstərilməsi Azərbaycanda mövcud mina probleminin humanitar fəsadlarının və bu problemin regionda dayanıqlı sülhün bərqarar olmasına maneə yaratmasının aradan qaldırılması, həmçinin iqtisadi layihələrin reallaşdırılması və azad edilmiş ərazilərə həyatın qaytarılması istiqamətində fəaliyyətə öz müsbət töhfəsini verəcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
-
“Mançester Yunayted” 1016 gündən sonra Çempionlar Liqasında qol vurub
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq





