Siyasət

Rusiya qoşunları yenidən QRUPLAŞDIRIR: hansı şəhər hədəfdədir?

14 İyun 2022 21:09
0 Şərh     Baxış: 730

Severodonetsk şəhərində Rusiya qoşunları yenidən qruplaşdırır və dəstəni gücləndirməyə çalışır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb .

Bildirilib ki, bu gün saat 18:00-a olan məlumata görə, təcavüzkar Ukraynanın hərbi və mülki infrastrukturuna raket və hava zərbələri endirməkdə davam edir.

"Ruslar Severodonetsk istiqamətində Severodonetsk, Lisıçansk, Bila Hora, Ustynivka, Toşkivka və digər yaşayış məntəqələrinin ərazilərində mülki infrastrukturu atəşə tutublar. Metelkino yaxınlığında helikopterdən zərbələr endirilir", - məlumatda deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.