Siyasət

MDB vətəndaşlarının keçmiş SSRİ-dəki iş stajı nəzərə alınmayacaq

11 İyun 2022 19:56
0 Şərh     Baxış: 1 142

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri vətəndaşlarının təqaüd hüquqlarının təminatı haqqında sazişin denonsasiyası haqqında qanun imzalayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bundan sonra təqaüd sektorunda mütənasiblik prinsipi əsasında yeni ikitərəfli sazişlərin bağlanması nəzərdə tutulur.

Razılığa gələn tərəf öz qanunvericiliyinə uyğun olaraq sığorta və ya iş stajına uyğun olaraq təqaüdün müvafiq hissəsini hesablayaraq ödəyəcək.

Bundan əvvəlki saziş 1992-ci il martın 13-də Moskvada imzalanıb. Sazişdə nəzərdə tutulur ki, iştirakçı ölkələrin hər birinin vətəndaşları üçün pensiya hüququ müəyyən edilərkən keçmiş SSRİ ərazisində qazanılmış iş stajı nəzərə alınıb. Qeyd edildiyi kimi, bu saziş SSRİ-də iş təcrübəsi olmuş vətəndaşların maraqlarını tam təmin edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.