Siyasət

Ukrayna və Polşa birgə silah istehsal edəcək

2 İyun 2022 08:54
0 Şərh     Baxış: 793

Ukrayna və Polşa hökumətləri hərbi texnika istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Polşa ilə hökumətlərarası məsləhətləşmələrin yekunlarına dair brifinq zamanı bildirib.

"Bu, bizim müdafiə və hərbi əməkdaşlığımızı yeni səviyyəyə çıxaracaq və müasir müdafiə silahlarının yaradılmasına imkan verəcək", - Şmıqal qeyd edib.

Ukrayna və Polşa, həmçinin sərhədyanı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Razılığa əsasən tərəflər dövlət sərhədinin Ukrayna-Polşa hissəsində nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə əməkdaşlıq intensivləşdiriləcək. Bunun üçün Ukrayna-Polşa işçi qrupu yaradılıb və iyun ayında Korçova-Krakovets sərhəd-keçid məntəqəsində birgə nəzarət-buraxılış məntəqələrinin artırılmasına yönəlmiş pilot proqrama başlanılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.