Siyasət

“Ukrayna Qərbi münaqişəyə cəlb edir” - Lavrov

2 İyun 2022 08:02
2 Şərh     Baxış: 431

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna administrasiyasını Qərb ölkələrini münaqişəyə cəlb etmək üçün təxribat xarakterli addımlar atmaqda ittiham edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Lavrov bu haqda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən mətbuat konfransında danışıb.

"Belə bir risk, şübhəsiz ki, mövcuddur. Kiyev administrasiyasının Qərb himayədarlarından istədikləri anlaşma hüdudlarından kənardadır. Bu, Qərbi hərbi əməliyyatlara cəlb etməyə yönəlmiş təxribatdır", - Lavrov bildirib.

Lavrov Avropada bu münaqişəyə qoşulmağa hazır olan siyasətçilərin olduğunu qeyd edib:

"Avropada bu münaqişəyə qoşulmağa hazır olan siyasətçilər var. Lakin ciddi ölkələr bu cür ssenarilərin risklərini anlayır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.