Siyasət

“Putinlə danışıqlar istənilən halda aparılmalıdır”

31 May 2022 08:32
0 Şərh     Baxış: 821

"Rusiya prezidenti Vladimir Putinlə danışıqlar istənilən halda aparılmalıdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq "Puls 24" telekanalına bildirib.

Şallenberq Rusiya lideri ilə danışıqlar kanallarını saxlamağı vacib hesab edir:

"Hesab edirəm ki, Avstriyanın danışıqlar kanallarını açıq saxlamağa çalışması tamamilə düzgündür. İstənilən halda Putinlə danışıqlar lazımdır".

Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı taxıl ixracı məsələsini şərh edən Şallenberq tədarükün dayandırılmasının nəticələrinin Rusiyaya da təsir edəcəyinə əminliyini ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.