Siyasət

"Ruslar bizdə olan hər şeyi almaq istəyirlər" - Zelenski

24 May 2022 09:00
0 Şərh     Baxış: 1 287

Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edir ki, müharibənin qarşıdakı həftələri çətin olacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.

"Rusiya çalışır ki, Xarkov vilayətinin ələ keçirdikləri ərazilərdən, Xerson vilayətindən, Zaporojye vilayətinin bəzi ərazilərindən və Donbasdan əl çəkməsin. Yavaş-yavaş irəliləyir. Onlar mövqelərini gücləndirmək üçün ehtiyatlar yığır. Müharibənin qarşıdakı həftələri mürəkkəb olacaq. Biz bunu bilməliyik", - Zelenski vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, ukraynalıların döyüşməkdən başqa alternativi yoxdur.

"Döyüşmək və qalib gəlmək. Torpağımızı və xalqımızı azad etmək üçün. Ruslar izdə olan hər şeyi almaq istəyirlər",- deyə Zelenski bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.