Siyasət

ABŞ-ın Ankaradaki səfiri Türkiyə XİN-ə çağırılıb

22 May 2022 20:44
0 Şərh     Baxış: 629

ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Ceff Fleyk Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfirin diqqətinə ötən gün İstanbulda keçirilən aksiyada asayişin təmin olunması istiqamətində peşə vəzifələrini yerinə yetirən Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı tutarsız iddialar və zor tətbiqetmə ilə bağlı ABŞ Səfirliyinin qeyri-dəqiq informasiya yaymasının Ankaranı narahat etməsi çatdırılıb.

Həmçinin, Türkiyədə fikir və söz azadlıqlarının təmin olunmasında hansısa problemlərin olduğu görünüşünün yaratmağın qəbuledilməz olduğu vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.