Bu məktub gələcək əlaqələrin inkişafına ciddi töhfə verəcək - ŞƏRH
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bununla bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, ABŞ Prezidenti Co Baydenin möhtərəm Prezidentimiz İlham Əliyevə göndərdiyi təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür və eyni zamanda, Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir.
"Ümumiyyətlə, Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hər zaman uğurlu siyasəti, inkişafı və gücü ilə özünə hörmət qazanıb. 44 günlük Vətən müharibəsindən sonra isə həmin hörmət birə-beş artıb. Çünki artıq Azərbaycan hərb müstəvisində də qalib ölkədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz uzun illər əsarətdə, işğal altında qalan torpaqlarımızı geri qaytardı və Azərbaycan bütöv oldu. Bu prosesdən sonra təbii ki, regionda ölkəmizin mövqeləri daha da güclənib və Azərbaycan lider ölkə kimi nəzərləri öz üzərinə cəlb edib.
Bir daha deyirəm, Müstəqillik Günü ərəfəsində ABŞ kimi mötəbər və fövqəldövlətin başçısından təbrik məktubu almaq həqiqətən də Azərbaycandakı inkişafa, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə verilən qiymətdir. Hər kəs Azərbaycanın gücünü və qüdrətini qəbul edir, hər kəs bu gücə və qüdrətə hörmətlə yanaşır, hər kəs doğma Azərbaycanımızı və rəhbərimizi dünya dövlətlərinin liderləri sırasında görür. Bu da olduqca sevindirici və qürurverici bir haldır", - deyə deputat bildirib.
Deputat Ceyhun Məmmədov da Trend-ə deyib ki, ABŞ prezidentinin cənab İlham Əliyevə məktubu xüsusi önəm daşıyır.
"Bu, onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri inkişaf edir. Bu baxımdan, burada münasibətlərin 30 illik qurulduğu, artıq 30 illiyinin tamam olduğu vurğulanır. Digər bir mühüm məqam isə Azərbaycanın beynəlxalq təhlükəsizlikdə rolu ilə bağlı məsələnin məktubda öz əksini tapmasıdır.
Hesab edirəm ki, növbəti əhəmiyyətli məsələ isə Qərb Azərbaycanın Ukraynaya dəstəyini, humanitar yardımını yüksək qiymətləndirir və bu, ABŞ tərəfindən də çox böyük diqqətlə qarşılanır. Çünki Azərbaycan bu günə kimi Ukraynaya böyük yardım edən azsaylı region ölkələrindən biridir.
Digər bir mühüm məsələ isə burada ABŞ-ın Ermənistanla münaqişə prosesinə, əvvəlki münaqişəyə, bunun tənzimlənməsinə, inkişafına öz mövqeyini və fikrini bildirməsidir. Hesab edirəm ki, bu bəyənat, bu məktub gələcək əlaqələrin inkişafına, daha da möhkəmlənməsinə ciddi töhfə verəcək.
Azərbaycan öz növbəsində hər zaman ABŞ-la münasibətlərin qorunmasında maraqlı olub və biz ümid edirik ki, hər zaman bu siyasət ABŞ tərəfindən də Azərbaycana qarşı uğurla davam etdiriləcək", - deyə deputat əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir





