Siyasət

BMT qlobal ərzaq böhranını müzakirə edəcək

16 May 2022 08:52
0 Şərh     Baxış: 544

Dünyada qida sahəsində yaranmış problemlər mövzusu bu həftə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

"Həftə ərzində BMT Təhlükəsizlik Şurası ərzaq probleminin həlli üçün hansı tədbirləri görə biləcəyimizə dair iclaslar keçirəcək", - o deyib.

ABŞ rəsmisi əlavə edib ki, bu mövzuya xarici işlər nazirləri də cəlb olunacaqlar.

Blinkenin sözlərinə görə, dünyada ərzaq qıtlığı riski Ukraynadakı hadisələrlə əlaqədar yaranıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.