Köçəryan hakimiyyətə gəlsə bu əraziləri Azərbaycana "qaytaracaq" - Rusiya müharibəni uduzsa...
"Serj Sarkisyan, Seyran Ohanyan tərəfindən səsləndirilən revanşist bəyanatların böyük bir hissəsi siyasi pafosdur".
Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, bir çox sıravı erməni var ki, Azərbaycanla, Türkiyə ilə sülh müqaviləsinin imzalanmasını, düşmənçilik münasibətinin bitməsini, normal iqtisadi-siyasi münasibətlərin yaranmasını Ermənistan üçün təhdid olaraq görürlər:
"Onlar çalışırlar ki, bu cür pafoslu fikirlərlə, belə populist çıxışlarla Ermənistan cəmiyyətini aldatsınlar və Paşinyanı devirməyə nail olsunlar. Çünki hazırda Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına görə onun əleyhinə böyük bir koalisiya yaranıb. İndi həm müxalifət partiyaları, həm xaricdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən dövlətlər, - hansı ölkələr ki, qorxurlar öz "rıçaq"larını, təsir vasitələrini itirərlər, - onlar Paşinyanın əleyhinə çıxış edirlər.
Bundan başqa Ermənistan cəmiyyətində Serj Sarkisyanın və ondan da çox R.Köçəryanın başçılıq etdiyi cinayətkar "Qarabağ klanı" hazırda yenidən hakimiyyəti Paşinyanın əlindən geri almağa çalışır, hakimiyyət itkisi ilə barışmır. Və bundan əlavə erməni cəmiyyəti özü də kifayət qədər şovinist, faşist ruhda tərbiyə olunur. Bir çox sıravı erməni var və yaxud da başqa təşkilatlarda birləşən ermənilər, onlar Azərbaycanla, Türkiyə ilə sülh müqaviləsinin olmasını, düşmənçilik münasibətinin bitməsini, normal iqtisadi-siyasi münasibətlərin yaranmasını Ermənistan üçün təhdid olaraq görürlər. Çünki onlar üçün Ermənistanın gələcəyi Azərbaycanla Türkiyəyə nifrət üzərində qurulub.
Onlar sülh müqaviləsinə qarşı çıxırlar. Biz bundan sonra görürük ki, Paşinyan məcbur olub, artıq Beçlikada, Hollandiyada sülh prosesindən kənar, uzaq açıqlamalar verdi.
Burada iki məqam var:
I. Sarkisyan və Köçəryanın başçılıq etdiyi "Qarabağ klanı" populizmdən daha çox yerli erməni əhalisini Paşinyana qarşı qaldırmaq və dövlət çevrilişi etmək üçün istifadə edirlər. Amma ola bilsin ki, onlar hakimiyyətə gələcəkləri təqdirdə əgər həmin xarici qüvvələr, - hansı ki, Ermənistanla Azərbaycan arasında sülh olmasını istəmirlər, - o qüvvələrin təhriki ilə Azərbaycana qarşı təxribatlar, cəbhə xəttində gərginlik baş versin.
II. Mən əminəm ki, istər indiki halda olsun, istər bu revanşist qüvvələr hakimiyyətə gəldikdən sonra, Azərbaycanın siyasi, hərbi üstünlüyü o qədər üstündür ki, Sarkisyanın, Köçəryanın və yaxud bir başqasının rəhbərlikdə olmasından asılı olmayaraq Azərbaycana hücum edib, hər hansı bir uğur qazanacağını düşünmürəm. Hətta ola bilsin ki, əgər Ukrayna ilə müharibədə Rusiyanın zəifləməsi sürətlə davam edərsə, yekun nəticədə biz hətta Ermənistandakı bu revanşist meyillərindən istifadə edərək Qarabağın işğalda qalan hissəsini də işğaldan azad edək. Əgər Rusiyanın Ukraynadakı zəifləməsi ilə Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsi üst-üstə düşəcəksə, bu, əslində bizim əlimizə oynayan faktor da ola bilər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
XƏBƏR LENTİ
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)





