Siyasət

Ölkəmizdə sığınacaq axtaranlar qonaqlarımızdır - Ərdoğan

12 May 2022 08:13
0 Şərh     Baxış: 523

Türkiyə heç vaxt suriyalı qaçqınları öz ölkələrinə qayıtmağa məcbur etməyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) paytaxt Ankarada keçirilən toplantısında çıxış edərkən söyləyib.

Suriyalı qaçqınların öz istəkləri ilə qayıtmaq istəyəndə onsuz da qayıdacaqlarını bildirən dövlət başçısı vurğulayıb ki, Türkiyə onları heç vaxt güc yoluyla düşmənə təslim etməyəcək.

"İraqda, Suriyada və ya başqa yerlərdə təqib və müharibədən qaçıb ölkəmizdə sığınacaq axtaranlar qonaqlarımızdır. Əgər könüllü qayıtmaq istəsələr, qayıda bilərlər, əks halda qapılarımız qaçqınların üzünə açıq qalacaq. Müdafiəyə ehtiyacı olanlara ev sahibliyi etmək türk ənənəsinin bir parçasıdır", - R.T. Ərfoğan əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.