Türkiyənin Azərbaycanda hərbi baza qurma tarixi BƏLLİ OLDU – Moskva hərəkətə KEÇDİ
"Gələn il Azərbaycanda Türkiyə hərbi bazası yaradıla bilər".
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı öz ərazilərində bir sıra xarici ölkələrin bioloji silah laboratoriyalarının fəaliyyətinə yer verməkdə ittiham etməsi Kremlin yeni təzyiq mexanizmdir:
"Təsadüfi deyil ki, Rusiya Ukraynaya da bu kimi ittihamlarla müdaxilə edib. Rusiya Ukrayna ilə yanaşı, bir sıra digər keçmiş sovet respublikalarını da "bu fakt" qarşısında qoymağa çalışır. Yəni Rusiya Ukraynada öz hərbi məqsədlərinə nail olsaydı, bu kimi ittihamlarla digər qonşularına da hücuma keçəcəkdi.
Rusiya Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi nizamı qəbul etmək istəmir. Bu geosiyasi nizam isə bölgə ölkələri arasında siyasi-iqtisadi əməkdaşlıq, sülhün və təhlükəsizliyin təmini, həmçinin Ermənistanla sülh müqavisləsinin bağlanmasıını özündə ehtiva edir.
Brüsselin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa təmasın qurulması və normallaşma prosesinə start verilməsi Moskvanı hərəkətə keçirdi. İlk anlaşma siqnalı verilən kimi Moskva Azərbaycana qarşı hədə dilinə keçdi, Ermənistanda isə müxalifətin əliylə Paşinyana qarşı etirazların başlamasına rəvac verdi. Bəllidir ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini bağlamasına sükutla yanaşmayacaq. Bu baxımdan, Qarabağda ciddi təxribatların törədilməsi gözləniləndir".
Məhəmməd Əsədullazadə bildirib ki, Brüsseldə əldə edilmiş razlaşamaya əsasən, aprelin sonunda sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmalıydı:
"Məhz Rusiyanın müdaxiləsindən sonra bu komissiya yaradılmadı.
Hesab edirəm ki, Rusiyanın Azəbaycana qarşı təzyiqləri müsbət nəticə verməyəcək. Prezident İlham Əliyevin Türkiyə ilə sıx siyasi-hərbi əməkdaşlığı dərinləşdirməsi siyasəti Moskvanın təzyiqləri qarşısında mövqeyimizi və duruşumuzu gücləndirir. Mayın 14-də İlham Əliyev Türkiyəyə gedəcək, bir neçə gün sonra isə Rəcəb Tayyib Ərdoğan ölkəmizə gələcək. Bu qarşılıqlı səfərlərin də hərbi müttəfiqlik münasibətlərinə əlavə çalar qazandıracağını düşünürəm.
Bir sözlə, Rusiyanın Ukraynaya qarşı işğalçı yürüşü qonşu ölkələrin təhlükəsizliyi məsələsini ön plana çıxarıb. Qənaətimə görə, Azərbaycanda öz hərbi doktirinasında dəyişikliyə gedərək, Türkiyənin ölkəmizdə hərbi baza qurmasına yer verməlidir. Bu istqamətdə işlərin getdiyi istisna deyil və növbəti ildə türk hərbi bazası Azərbaycanda yerləşdirilə bilər. Hərbi müttəfiqlik haqda Şuşa bəyannaməsi də buna ideal zəmin yaradır, bizə əngəl olan heç nə yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





