Ermənistan müxalifəti paytaxt İrəvanın küçələrində etiraz yürüşü keçirib.
Milli.Az "Report"a istinadən bildirir ki, müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, onlar hakimiyyət əleyhinə aksiyaları dayandırmayacaq.
O, yürüş iştirakçılarının Moskvoyan, Abovyan küçələrindən keçəcəyini, Respublika meydanına gedəcəklərini, oradan "Fransa" meydanına qayıdacaqlarını, mitinqin orada davam edəcəyini deyib.
Saqatelyan çərşənbə axşamı keçirilən etiraz aksiyaları və itaətsizlik zamanı 250-dən çox iştirakçının həbs olunduğunu bildirib.
Milli.Az