Siyasət

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri təsdiq edildi - FƏRMAN

19 Aprel 2022 15:40
Baxış: 1 646

Prezident İlham Əliyev dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır

- "Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri" təsdiq edilsin (əlavə olunur).

- "Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi" təsdiq edilsin (əlavə olunur).

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.