Siyasət

Rusiya Ermənistana silah vermir: "hədiyyə"lər dayandırıldı

16 Aprel 2022 13:31
2 Şərh     Baxış: 2 874

"Ötən ilin sonlarından bəri Rusiya Federsiyası Ermənistana silah, sursat və hərbi texnika verilməsini dayandırıb".

Milli.Az bildirir ki, Ermənistan mediasında yer alan xəbərlərə görə, ilin əvvəlindən bəri Rusiyadan Ermənistana bir ədəd də olsa (!) hərbi texnika göndərilməyib.

"Baş verənlərin iki səbəbi ola bilər:

1. Rusiya Ukraynadakı hərbi əməliyyatlarla məşğuldur və bütün resursları ora yönəldib.

2. Azərbaycanın ultimatumları eşidildi və Moskva yəqin ki, Ermənistana silah verməməklə bağlı razılaşıb.

Hər iki versiya ağlabatandır və o da mümkündür ki, hər iki versiya eyni zamanda gerçəkləşib. Təbii, böyük Rusiyanın kiçik Ermənistana silah və hərbi texnika vermək üçün həmişə imkanları var. Lakin faktiki olaraq indi belə göndərişlər yoxdur. Ermənistan da İkinci Qarabağ Müharibəsindən sonra Silahlı Qüvvələrinin potensialını bərpa etmək imkanlarından məhrumdur", - erməni mediası yazır.

Qeyd edək ki, Ermənistan və Rusiyanın müdafiə nazirlikləri arasında 2021-ci ildə imzalanmış, 2022-2024-cü illərdə Rusiyadan Ermənistana silah, sursat və hərbi texnika satışı ilə bağlı anlaşma mövcuddur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.