Siyasət

“Rusiya Ukraynanı əbədi olaraq itirdi” - Zelenski

16 Aprel 2022 07:05
0 Şərh     Baxış: 7 741

"Rusiya Ukraynanı əbədi olaraq itirdi".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Ölkəmizin cənubunda və şərqində vəziyyət hələ də çox mürəkkəbdir, bərpadan danışmaq mümkün deyil. Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində Rusiya hərbçiləri ölkəmizdə dinc əhaliyə qarşı terror törətməkdə davam edir. Ruslar Ukrayna ordusu və ya dövlət qurumları ilə nə vaxtsa əlaqəsi olan hər kəsi axtarır. İşğalçılar düşünürlər ki, bu, onların əraziyə nəzarətini bir növ sadələşdirəcək, lakin çox yanılırlar.

Onlar özlərini aldadırlar. İşğalçıların problemi onların bəzi fəallar, veteranlar və ya jurnalistlər tərəfindən qəbul edilməməsində deyil. Rusiyanın problemi odur ki, onları bütün Ukrayna xalqı qəbul etmir və heç vaxt qəbul etməyəcək. Rusiya Ukraynanı əbədi olaq itirdi. Ola bilsin ki, Rusiyada hardasa qəddarlığa hörmət edirlər, Ukraynada isə qəddarlığa xor baxılır və cəzalandırılır. Bu, mütləqdir", - Zelenski qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.