Siyasət

Rusiyanın Nüvə Enerjisi Agentliyinə üzvlüyü dayandırılacaq

14 Aprel 2022 08:04
0 Şərh     Baxış: 493

Rusiyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OEC) Nüvə Enerjisi Agentliyinə üzvlüyü dayandırılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir. Bildirilir ki, Rusiyanın agentliyə üzvlüyü rəhbərliyin qərarından sonra dayandırılıb. Qərar mayın 11-dən qüvvəyə minəcək.

"Rusiyanın İƏİT Nüvə Enerjisi Agentliyinə üzvlüyü OECD-nin rəhbər orqanının qərarından sonra aprelin 11-də dayandırılıb. Bu barədə Rusiya Federasiyası məlumatlandırılıb və dayandırma mayın 11-dən qüvvəyə minəcək", - agentliyin saytında deyilir.

Qeyd edək ki, Rusiya agentliyə 2013-cü ildə üzv olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.