Siyasət

Ukrayna ABŞ-dan ağır silahlar alacaq

14 Aprel 2022 08:33
0 Şərh     Baxış: 499

ABŞ Ukraynanı helikopter və artilleriya ilə təchiz edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vladimir Zelenski arasında telefon danışığı zamanı Amerika lideri bu ölkəyə zirehli avtomobil, artilleriya sistemləri və helikopterlər də daxil olmaqla əlavə hərbi yardım üçün 800 milyon dollar ayıracağını bildirib.

"Bu yeni yardım paketinə çox effektiv silah sistemləri, daha geniş hücuma uyğunlaşdırılmış yeni hərbi texnika daxil olacaq", - məlumatda qeyd edilir.

Bayden əlavə helikopterlərin təhvil verilməsini də təsdiqləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.