Siyasət

Ukraynada daha 2 gürcü döyüşçü həlak olub, 5-i ağır yaralanıb

9 Aprel 2022 23:04
0 Şərh     Baxış: 860

Ukraynada davam edən müharibədə daha iki gürcü döyüşçü həlak olub, beşi isə ağır yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, onların Xarkov şəhəri yaxınlığında artilleriya atəşi altına düşdüyü bildirilir.

Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, həlak olanların ailələri ilə əlaqə saxlanılıb. Döyüşçülərin nəşinin Gürcüstana gətirilməsi üçün müvafiq prosedurlara başlanılıb.

Qeyd edək ki, Ukraynada ötən ay hərbi əməliyyatlar zamanı dörd gürcü döyüşçü həlak olub. Onlardan üçünün nəşi Gürcüstana çatdırılıb və dəfn edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.