Siyasət

“Mən hər şeyi etmişəm” - Zelenski

31 Mart 2022 07:02
0 Şərh     Baxış: 2 889

"Mən hər şeyi etmişəm, edirəm və edəcəyəm ki, xalqımız ədalət bərpa olunana qədər özünü müdafiə edə bilsin".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

Zelenski qeyd edib ki, bütün bunlar Ukraynanın ayaqda qalması üçündür:

"Bu gün (30 mart) çox aktiv bir diplomatik günüm oldu. İstəklərimiz bəllidir - Ukraynaya silah, Rusiyaya qarşı yeni sanksiyalar və dövlətimizə maliyyə dəstəyi. ABŞ Prezidenti Baydenlə söhbətim olub. Çox təfərrüatlı, bir saat davam etdi. ABŞ-a yeni 1 milyard dollarlıq humanitar yardım paketi və əlavə 500 milyon dollarlıq birbaşa büdcə dəstəyi üçün təşəkkür etdim. Baydenə Ukraynaya nə lazım olduğunu dedim. ABŞ-ın dəstəyi bizim üçün vacibdir. İndi isə Ukrayna ilə çiyin-çiyinə vermək, demokratik dünyanın bütün gücünü göstərmək xüsusilə vacibdir. Əgər biz birlikdə azadlıq uğrunda mübarizə aparmaq istəyiriksə, o zaman tərəfdaşlarımızdan bunu xahiş edirik. Heç bir mübaliğəsiz Rusiyaya qarşı Vətən Müharibəsi gedir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.