Siyasət

Stoltenberq: “NATO Ukraynaya daha çox dəstək verəcək”

24 Mart 2022 22:02
0 Şərh     Baxış: 724

NATO Ukraynaya daha çox dəstək verəcək. Biz bu ölkəyə bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən qorunmaq üçün kibertəhlükəsizlik və avadanlıq yardımı göstərmək qərarına gəldik.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

"Kimyəvi silahdan istənilən istifadə münaqişənin xarakterini tamamilə dəyişir. Biz münaqişənin Avropada müharibəyə, NATO ilə Rusiya arasında münaqişəyə çevrilməsinin qarşısını almalıyıq", - deyə o, bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.