Siyasət

Rusiyanın müharibədə ən ağır zərbəsi: 200 ukraynalı həlak olub? - FOTO

19 Mart 2022 21:12
2 Şərh     Baxış: 4 817

Ukrayna Silahlı Qüvvələrinin 79-cu aeromobil briqadasının Nikolayev şəhərindəki kazarmasına Rusiyanın raketlərlə zərbə endirməsi nəticəsində həlak olanların sayı 200 nəfərə çata bilər.

Milli.Az AFP-yə istinadən bildirir ki,  Rusiya Silahlı Qüvvələri Qara dənizdəki gəmilərindən buraxdığı "Kalibr" qanadlı raketləri vasitəsilə briqadanın kazarmalarını vurub.

Dağıntılar altından indiyədək 50 ukraynalı hərbçinin cəsədi çıxarılıb.

Kazarmalar vurulan zaman binalarda ən azı 200 hərbçi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.