Siyasət

G7 Ukraynadakı vəziyyəti müzakirə edəcək

17 Mart 2022 08:22
0 Şərh     Baxış: 426

"Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri Ukrayna ətrafında vəziyyətlə bağlı onlayn danışıqlar aparacaqlar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sənədə görə, Yaponiya tərəfi adından görüşdə bu ölkənin xarici işlər naziri Yosimasa Hayaşi iştirak edəcək.

Vurğulanır ki, tərəflər Ukrayna ətrafında mövcud vəziyyəti, gələcək addımlar barədə fikir mübadiləsi aparmağı və G7 çərçivəsində əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.