Əli Kərimlinin Zəngəzur problemi - Bloger yenə öz kölgəsində oynayır
Bir neçə gün bundan öncə Azərbaycan qonşu İranla tarixi bir sənədə imza atdı. Region üçün tarixi hadisə hesab olunan bu anlaşma ilə Azərbaycan və İran arasında yeni kommunikasiya bağlantıları yaradılmış oldu.
Anlaşma Memorandumunun imzalanması ilə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının rəsmi əsası qoyulmuş oldu. Qonşu İranla imzalanan sazişə müvafiq olaraq Ermənistan sərhədi ilə 5 kilometr məsafədən keçən yol Şərqi Zəngəzur rayonunu Naxçıvanla birləşdirir. Eyni zamanda bura avtomobil və dəmir yolu, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılması daxildir. Və bununla da Azərbaycan strateji gediş etmiş olur. Növbəti dəfə bölgədə kommunikasiyanın açılması məsələsində Ermənistanın kartı əlindən alınır. Axı hər kəs gördü ki, Ermənistan onun üçün yaranmış tarixi fürsətdən istifadə edib, düşmənçiliyi bir kənara qoymaq əvəzinə ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına əngəl törətdi. Ermənistan növbəti dəfə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı və etibarlı tərəfdaş ola bilməyəcəyini bütün dünyaya bir daha göstərdi.
Əli Kərimlinin 30 ildir dəyişməyən təfəkkürü
Bəs bu tarixi sənədə Azərbaycanda özünü müxalifət adlandıran qaragüruhçu kəsimin reaksiyası necə olub? Dərhal özlərinə məxsus internet kanallarında heç bir məntiqə sığmayan fikirlərlə ictimai rəyi çaşdırmağa çalışıb, yenə də kütləyə yönəlik cəfəng fikirləri ilə yadda qaldılar. İddia etməyə başladılar ki, rəsmi Bakı Zəngəzur dəhlizindən imtina edir. İctimai rəyi çaşdırmağa yönəlik, populizmlə dolu boşboğazlıqdan başqa bir şey deyil. AXCP sədri və onunla həmfikir olan bir qrupa başa salan yoxdur ki, axı Azərbaycan heç bir zaman bu dəhlizdən imtina etdiyini bəyan etməyib. Layihənin reallaşmasında əsas problem Ermənistandır və illər əvvəl yaşadığı uğursuzluğu yenidən yaşaya bilər. İşğalçılıq siyasəti üzündən beynəlxalq nəqliyyat layihələrindən məhrum olan rəsmi İrəvan növbəti şansını da itirə bilər. Nədənsə Əli Kərimlinin cəfəngiyyat dolu boşboğazlığında bu fikrə bir yerdə də rast gəlinmir. Bu tip insanları bu cür fikirləşməyə vadar edən səbəb nədir? Xaricdəki sahiblərindən aldıqları vəsaitlərmi? Əlbəttə belədir.
Qaragüruh öz ampluasındadır
Nəyin bahasına olursa-olsun hakimiyyətin əldə etdiyi uğuru heçə endirmək, aşağılamaq və s. Anlamaq istəmir ki, Zəngəzur dəhlizi təxirə düşmür, sadəcə İrəvanın prosesi uzatmasının qarşısı alınır və seçim qarşısında qalır - ya razılaşmalıdır, ya da regional layihələrdən kənarda qalacaq. Bununla, əksinə, Azərbaycanın dəhlizin açılmasında əli güclənə bilər. İranla imzalanan sazişin Azərbaycan üçün əhəmiyyəti Naxçıvanla, həm də Türkiyə ilə quru əlaqəsinin İran vasitəsilə yaradılmasıdır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında o qədər də maraqlı olmayan İrana regional layihələrdə iştirak imkanı yaradır. Əli Kərimli 30 illik qərəzini bir kənara qoysaydı, anlayardı ki, bu sazişlə Azərbaycan Ermənistanla münasibətlərdə Tehranın ən azı neytrallığını təmin edə bilər. Ən əsası lazımı infrastruktur qurularsa, Azərbaycan və İran arasında tranzit sahəsində yeni imkanlar yaranacaq.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb





