Siyasət

Rusiyaya görə Çin də cəzalana bilər

15 Mart 2022 08:42
0 Şərh     Baxış: 893

ABŞ Dövlət Departamenti Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı mümkün sanksiyaları inkar etməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays Moskvaya dəstək verdiyinə görə Vaşinqtonun Pekinə qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:

"Biz bunun nə ilə nəticələnə biləcəyini açıqlamaq fikrində deyilik. Aydındır ki, hazırda biz belə bir ehtimalı nəzərdən keçirmək istəmirik", - deyə diplomat bildirib.

Ned Prays bildirib ki, iki ölkə arasında əməkdaşlığın gələcəkdə hansı səviyyədə olması sual doğurur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.