Siyasət

ABŞ Rusiya ilə bağlı Çinə xəbərdarlıq edib

13 Mart 2022 23:56
0 Şərh     Baxış: 2 154

ABŞ səlahiyyətliləri Çinə Rusiyaya Qərb sanksiyalarının itkilərini kompensasiya etməyə kömək etməyə çalışacağı təqdirdə hansı nəticələrlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O izah edib ki, ABŞ Çinin Rusiyaya nə dərəcədə maddi və iqtisadi dəstək verdiyini diqqətlə izləyir. Eyni zamanda, Sallivan ABŞ-ın Çinə məhdudiyyətlər qoymağa hazır olub-olmadığı sualına cavab verməkdən imtina edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.