Siyasət

Ukraynalı qaçqınlar üçün yığılan pul oğurlanıb

13 Mart 2022 23:49
0 Şərh     Baxış: 1 628

Böyük Britaniyanın Oksford şəhərində yerləşən Müqəddəs Nikolay provaslav kilsəsində naməlum şəxslər Ukraynadan gələn qaçqınlar üçün yığılan pulları oğurlayıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.

Onun sözlərinə görə, kilsə üzvlərinin də dəyərli əşyaları oğurlanıb.

"Britaniyanın xarici işlər naziri Liz Trass bundan məmnun ola bilər. Onun şəxsən başlatdığı rusofobiya və saxtakarlıq kampaniyası ona təhsil diplomu verildiyi yerdə öz bəhrəsini verir", - deyə Zaxarova bildirib.

Britaniyanın XİN rəhbəri bildirib ki, rəsmi London martın 15-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Böyük Britaniyanın baş naziri Boris Conson isə vurğulayıb ki, ölkəsi Ukraynadakı vəziyyətə görə Rusiyanı dünya iqtisadiyyatından sıxışdırıb çıxaracaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.