Siyasət

Rusiya Ukraynada 3593 hərbi obyekti məhv edib

12 Mart 2022 21:41
0 Şərh     Baxış: 676

Rusiya Silahlı Qüvvələri Ukraynanın 3593 hərbi obyektini məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın hərbi infrastrukturunun 3593 obyekti sıradan çıxarılıb", - deyə Konaşenkov qeyd edib.

General-mayor bildirib kİ, 126 pilotsuz uçuş aparatı, 1159 tank və digər zirehli döyüş maşını, 118 reaktiv yaylım atəş sistemi, 436 səhra artilleriya qurğusu və minaatan, 973 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 61 helikopter məhv edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.