Siyasət

Putin, Makron və Şolts Rusiyanın tələbləri barədə danışdı

12 Mart 2022 19:27
0 Şərh     Baxış: 978

Rusiya, Fransa və Almaniya liderləri Moskvanın Ukrayna ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün işlənən razılaşmalarla bağlı məsələləri müzakirə ediblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin Emmanuel Makron və Olaf Şoltsu Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı dinc əhaliyə qarşı ehtiyatla davranması barədə məlumatlandırıb.

Putin bildirib ki, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı çoxsaylı faktlar mövcuddur.

Liderlər Ukraynadakı vəziyyətlə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.