Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb.
Milli.Az redaktor.az-a istinadən bildirir ki, Rusiyanın dövlət başçısı bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarını iki gün ərzində müəyyən etməyi tapşırıb.
O, həmçinin dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etməyi tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək.
Milli.Az