Avropa İttifaqı ölkələri Ukraynaya hərbi təyyarələr, qırıcılar və bombardmançılar verəcəklər.
Milli.Az bildirir ki, Bolqarıstan Ukraynaya 16 Miq-29 və 14 Su-25, Polşa - 28 Miq-29, Slovakiya - 12 Miq-29 verəcək.
Beləliklə, Ukrayna ilkin mərhələdə 70 qırıcı, qırıcı-bombardmançı və hücum təyyarələri alacaq.
Təyyarələrin Polşa sərhədinə yaxın aerodromlarda yerləşdirilməsi, ukraynalı pilotların uçuşları buradan həyata keçirmələri nəzərdə tutulub.
Milli.Az