Siyasət

Kremldən uzun masa arxasında söhbətləşməyə yeni izah

11 Fevral 2022 21:50
0 Şərh     Baxış: 1 302

"Rusiya Prezidenti Vladimir Putin bəzi hallarda qonaqları ilə əllə görüşür, bəzi hallarda isə məsafə saxlayır və təxminən 6 metrlik masa arxasında müzakirələr keçirir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Putinin Fransanın dövlət başçısı Emmanuel Makronla uzun masa arxasında danışması siyasiləşməməlidir:

"Bu, pandemiya qaydalarına əməl etməklə bağlıdır. Bəzi liderlər testlərinin nəticələrindən xəbərimizin olmasını istəmirlər. Biz bunu anlayışla qarşılayırıq. Lakin bu zaman əlavə tədbirlərə, o cümlədən uzun masalara ehtiyac olur. Əsas məsələ budur ki, heç nə danışıqlara mane olmadı".

Qeyd edək ki, E.Makron fevralın 7-də Rusiyaya səfər etmişdi. Liderlərin uzun masa arxasında söhbətləşməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.