Bahalaşmaya qarşı GÖZLƏNİLƏN ADDIM - Ərzaq təhlükəsizliyinin təmini üçün...
"Yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyevin cəmiyyətimizi pandemiya və qlobal bahalaşmanın təsirlərindən qorumaq üçün atılan addımların üzərində geniş dayanması təsadüf deyil və bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq hərtərəfli inteqrasiyanı ardıcıl həyata keçirməklə bərabər həm də onun qayğısına qalır ki, qlobal neqativ faktorların mənfi təsirləri mümkün qədər neytrallaşdırıısın".
Bunu Milli.Az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, ölkənin ərzaq təhlükəsizliyi məsələsində Prezidentin fikirlərini "yeni aqrar strategiya" adlandırmaq olar
"Xüsusilə pandemiyanın ən qızğın vaxtında bu istiqamətdə həyata keçirilmiş tədbirlərin əhəmiyyəti müddət ötəndən sonra öz mahiyyətini daha parlaq göstərir. Ağır pandemiya dövründə Azərbaycanın milli mübarizə modeli çərçivəsində atdığı addımların nə qədər komplektar xarakter daşıdığına əmin olmaq üçün Prezidentin bu müsahibəsinə bir daha diqqət yetirmək kifayət edər. Məlumdur ki, pandemiyanın tüğyan etdiyi dövrdə Azərbaycan Prezidentinin müəyyən etdiyi fəaliyyət kursu həm insanların COVİD bəlasından fizioloji olaraq ən az itki ilə çıxmasını təmin etdi, həm ölkəmizin beynəlxalq səylərin birləşdirilmısinə real töhfəsini verdi, həm də geniş sosial və biznesə dəstək layihələri ilə iqtisadiyyatın çökmə təhlükəsini tam aradan qaldırdı. Məhz sonuncu amil Azərbaycana imkan verdi ki, dünya ölkələri arasında ən ilkinlərdən biri olaraq öz iqtisadiyyatını bərpa edə bilsin. Azərbaycanın postpandemiya dövrünə istənilən stabil ölkənin malik olduğu sosial-iqtisadi göstəricilərlə çıxması məhz onun sayəsində mümkün oldu ki, şərait üçün ən məqbul çıxış taktikaları tətbiq edildi. Pandemiyanın tüğyan etdiyi dövrdə həyata keçirilən sosial paketlər 5 milyona yaxın insanı əhatə etdi ki, bu istiqamətdə sərf edilən bir neçə milyard vəsait ölkənin müqavimət gücünü artıran analoqsuz üsula çevrildi. Sahibkarlıq subyektlərinə bir neçə mərhələdə əməkhaqqı fondunun yarısı qədər göstərilmiş yardım kiçik və orta biznesin növbəti mərhələdə dayanıqlı inkişaf tempinə qayıda bilməsi üçün əla baza rolunu oynadı. Prezident Əliyevin pandemiya dövrü Azərbaycan təcrübələri barədə izahları bu təcrübələrin hər zaman aktual olduğunu və belə də qalacağını deməyə əsas verir.

Ərzaq təhlükəsizliyi və qlobal bahalaşmanın təsirləri ilə mübarizə yönümündə Prezidentin dedikləri bəzi qərəzli və mizantrop dairələrin dediyi kimi heç də təbliğat xarakterli deyil. Prezident demək istədi ki, Azərbaycan qlobal proseslərin tərkib hissəsinə çevrilmək siyasətini də könüllü seçim və inkişaf üçün labüd kurs kimi aparır. Daha dəqiq desək, Prezident göstərdi ki, biz sıx beynəlxalq inteqrasiyaya can atmaqla bərabər bu labüd yolun risqlərini də öncədən hesablaya bilirik. Bu mənada Prezidentin qlobal bahalaşma meyllərinin Azərbaycana qaçılmaz təsiri barədə dedikləri xüsusilə diqqətçəkicidir. Dövlət başçısı yerli iqtisadiyyatın istehsal - ixrac gücünün artırılmasını və həssas təbəqələrin ən geniş sosial paketlərlə kompensasiya edilməsini bahalaşmaya qarşı tutarlı üsullar kimi təqdim etdi ki, bunun da hər hansı mübahisə üçün yeri yoxdur.

Ölkənin ərzaq təhlükəsizliyi məsələsində Prezidentin fikirlərini "yeni aqrar strategiya" adlandırmaq olar. İlham Əliyev tam əsaslı olaraq işğaldan azad edilmiş rayonlarımızın əkin imkanlarının ölkənin taxıl təminatı üçün yetərli olmayacağını söylədi. Bu o deməkdir ki, taxıl təhlükəsizliyinə yönəlik gündəlik və uzunmüddətli fasiləsiz təhlil prosesləri aparılır. Prezidentin xaricdə taxıl əkini üçün geniş torpaqlar icarəyə götürülməsi barədə ideyası Azərbaycanın həqiqətən yeni aqrar strategiyasıdır.
Azərbaycanda pandemiyaya, bahalaşmaya qarşı, eləcə də ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlik dövlət tədbirləri Prezidentin dediyi kimi kompleks xarakterlidir və uzun müddətli fəaliyyət kursudur".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
XƏBƏR LENTİ
-
Bakının hansı rayonunda daha çox insan yaşayır?
-
Nə mən, nə də həkimim burnumun nə vaxt sağalacağını bilmirik
-
Ayın 10-da şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
Azərbaycanda ÜDM 1,2 faiz artdı
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Sükan arxasında bu mahnını dinləmək təhlükəlidir
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında





