Prezident İlham Əliyev müharibədən danışdı: Ermənilər rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar
Erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Müharibənin daha bir epizodu barədə hələ danışmamışam. Yəqin ki, bu söhbət ilk dəfə biz Zəngilan istiqamətində Ermənistanla sərhədə doğru irəliləyəndə və Ağbənd qəsəbəsinə bir neçə kilometr qalan vaxt olub. Biz məlumat aldıq ki, erməni tərəfi Rusiya tərəfinə müraciətlə xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi oraya, sərhədə, Zəngilana ezam edilsin. Bunu onunla əsaslandırmaq istəyirdilər ki, guya Azərbaycan Ermənistan ərazisinin Mehri hissəsini ələ keçirmək niyyətindədir. Hərçənd bizim belə niyyətimiz yox idi. Bununla belə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu operativ informasiya bizdə vardı. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Orada biz tələfat verdik. Lakin təbii ki, biz cavab verdik və dərhal Rusiyaya müraciət etdilər ki, Azərbaycan rusiyalı hərbi qulluqçuları atəşə tutur. Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı? Yeri gəlmişkən, Rusiya tərəfi sonralar, artıq bizimlə kontaktlarda bu hadisəni eyni ilə mənim kimi qəbul edirdi: bu, alçaqlıqdan başqa bir şey deyil. Yəni istəyirdilər ki, biz erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vuraq, onlar öz məqsədlərinə çatsınlar və Rusiyanı bu müharibəyə cəlb etsinlər.
Müharibə dövründə baş verən çox hadisələr erməni tərəfin hərəkətlərinin alçaq xarakterinə sübutdur. Hətta öz hərbi qulluqçularına münasibətdə. Səngərlərdə, maşınlarda, yük maşınlarında zəncirlə bağlanmış vəziyyətdə ölən erməni hərbi qulluqçularını nə qədər tapdıq. Ermənistanın hərbi və siyasi komandanlığı fərarilərin yerindəcə güllələnməsi barədə göstəriş vermişdi. Bütün bu informasiya bizdə var. Ona görə ki, biz təkcə Qarabağda deyil, Ermənistan ərazisinin çox hissəsində də bütün məkanı izləmişik. Buna görə baş verənlər haqqında mötəbər informasiyaya malik idik. Yeri gəlmişkən, indi də belədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)





