Siyasət

Selimhan Yeniacun Zəngəzur dəhlizinin önəmindən danışdı

12 Yanvar 2022 11:40
Baxış: 470

Zəngəzur dəhlizi qlobal müstəvidə Türkiyə və Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.

Bunu Trend-ə açıqlamasında Şanxay Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun deyib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra bir çox sahədə artan əməkdaşlıq, müstəqillik dövründə böyük bir inkişaf yolu keçdi və İkinci Qarabağ müharibəsində özünü tam koordinasiyalı şəkildə göstərdi:

"Həm diplomatiya, həm hərbi sahədə iki dövlətin ciddi bir uğur əldə etdiyini bariz şəkildə bütün dünya gördü. Bu səbəbdən İkinci Qarabağ müharibəsinin nəticələri - istər Zəngəzur dəhlizi, istərsə də digər nəticələri bundan sonra gələcəyə doğru atılacaq addımlarda çox vacib bir təməl rolu oynayır.

Bizim 100 illik bir ayrılığa son verməyimiz üçün, Türkiyənin Naxçıvan üzərindən Azərbaycanla bağlana bilməsi üçün Zəngəzur dəhlizi çox önəmli bir strateji amildir", - deyə ekspert bildirib.

S.Yeniacun vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə dünyada ən böyük ticarət dəhlizi - Çindən başlayaraq, Xəzəri, Zəngəzur dəhlizini keçərək, Türkiyəyə və oradan da Şərqi Aralıq dənizi, Avropa, Şimali Avropa kimi marşrutlara ötürülə biləcək bir xətt qurula bilər:

"Bu da Türkiyə və Azərbaycan əməkdaşlığını iqtisadi və strateji cəhətdən çox fərqli bir mərhələyə, qlobal aspektdən də iki ölkənin mövqeyini daha da gücləndirəcək müstəviyə daşıya biləcək.

Hazırda Ermənistanın bu dəhlizin açılmaması üçün dirəniş göstərməsinin səbəbi də budur", - S.Yeniacun fikrini tamamlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.