Siyasət

Ermənilər ABŞ-da Azərbaycana qarşı təxribat törətdilər - FOTO

11 Yanvar 2022 22:59
0 Şərh     Baxış: 1 487

Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu Azərbaycanın Los-Ancelesdəki Baş konsuluğunun binasının qarşısında asıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşıb.

Baş konsul bildirib ki, Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatları qətlə yetirib: "Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, bu məsələni araşdırmağa çağırırıq".

Qeyd edək ki, Qurgen Yanikyan 1973-cü ildə Kaliforniyada Türkiyənin baş konsulu və onun müavinini öldürüb. O, 1984-cü ildə Kaliforniyanın erməni qubernatoru Deukmejian tərəfindən əfv edilib. Onu milli qəhrəman hesab edən Ermənistan Yanikyanı 2019-cu ildə İrəvanda fərqlənmə diplomu ilə təltif edib.

Yanikiyan 1970-1990-cı illərdə 40-dan çox türk diplomatı və onların ailə üzvlərini öldürəcək iki erməni terror təşkilatının - JCAG və ASALA-nın yaradılmasına ilham verib. Lakin Ermənistan onu və digər terrorçuları öz milli qəhrəmanları kimi vəsf edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.