Siyasət

Ravvin Mark Şnayer İlham Əliyevə təbrik məktubu göndərib

25 Dekabr 2021 12:36
Baxış: 449

ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri. Altmış illik yubileyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən yaxın dostluğumuzdan çox məmnun olduğumu bildirir və Sizin dinlərarası harmoniyaya, birgəyaşayışa yüksək səviyyəli diqqətinizi alqışlayıram.

Bu yaxınlarda yəhudilərin Hanuka bayramı münasibətilə təbrikinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Əlamətdar doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.