Siyasət

ABŞ-ın kəşfiyyat təyyarəsi Azərbaycan səmasında nə axtarırdı?

6 Dekabr 2021 10:22
6 Şərh     Baxış: 3 663

ABŞ hərbi-radioelektron kəşfiyyat təyyarəsi Ermənistan-Azərbaycan sərhədində kəşfiyyat uçuşu aparıb.

Milli.Az bildirir ki, Birləşmiş Ştatların Hərbi-Hava Qüvvələrinə məxsus "OF 38th RS/55th WG, Boeing RC-135V Rivet Joint",  "HOMER79" çağırış adlı təyyarə Krit adasındakı Suda aviabazasından havaya qalxıb. Təyyarə Qara dəniz üzərində monitorinq apardıqdan sonra Ermənistan-Azərbaycan sərhədi istiqamətində yola düşüb.

"Boeing RC-135V Rivet Joint" daha sonra Gürcüstanın hava məkanına daxil olub.

Daha sonra isə təyyarə Gürcüstan səmasına daxil olub.

ABŞ-ın hərbi-kəşfiyyat təyyarələri müntəzəm olaraq Qara dəniz üzərində uçuşlar həyaat keçirirlər. Pentaqon indiyədək bu məqsədlər üçün RC-135 və CL-600 "Artemis" təyyarələrindən istifadə edirdi.

"Boeing RC-135V Rivet Joint"un uçuşuna gəldikdə isə, onun Azərbaycanın müvafiq rəsmi strukturları ilə ilkin razılaşdırılmadan sonra həyata keçirildiyi istisna olunmur. Çünki ABŞ-ın hərbi-kəşfiyyat və radioelektron təhqiqat təyyarələri indiyədək region ölkələrinin hava sərhədlərin pozmamağa çalışıblar.

Kritdəki aviabazadan havaya qalxan təyyarənin sonradan Azərbaycan-Ermənistan sərhədinə yönəlməsi istiənilən halda ekstraordinar hadisə, ölkəmizin səmasında ABŞ hərbi-kəşfiyyat təyyarəsinin ilk uçuşudur.

ABŞ Müdafiə Nazirliyinin bu uçuşa göstəriş verməsinin iki əsas səbəbi var:

1.  Son aylarda Rusiya və İranın bölgədə hərbi aktivliyinin artması, Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlərin və manevrlərin keçirilməsi, Moskva və Tehranın bu minvalla bölgə dövlətlərinə geosiyasi təzyiqlər göstərmək cəhdləri Vaşinqtonu narahat edib.

2. ABŞ-ın Müdafiə Nazirliyi dövlət sərhədlərinin hələ də delimitasiya və demarkasiya olunmadığı, "boz zona"nın sərhəd sayıldığı arealda Azərbaycanla Ermənistan arasındakı təmas xəttindəki vəziyyət barədə dəqiq bilgilər əldə etməyə çalışıb. Eyni zamanda, Vaşinqton rusiyalı sülşməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki situasiyanı da təhlil etmək niyyətindədir.

İstənilən halda "Boeing RC-135V Rivet Joint"un uçuşu bölgədə fəallığını intensivləşdirməyə çalışan Rusiya və İrana xəbərdarlıq sayıla bilər.

"Boeing RC-135V Rivet Joint" ABŞ Hərbi-Hava Qüvvələrinin santimetr, desimetr və metrlik dalğa diapaonlarında əsas radio və radiotexniki kəşfiyyat vasitələrindən biridir. Təyyarədən potensial düşmənin aviasiyasına və hava hücumundan müdafiə sistemlərinə qarşı mübarizə üçün istifadə olunur, çünki bu təyyarə düşmənin aviasiyası ilə HHM-nin rajioelektron sistemləri, habelə radioəlaqə vasitələri barədə təfərrüatlı məlumatlar əldə etməyə imkan verir.

Təyyarə AEELS (radiolokasiya sistemlərinin avtomatik radiotexniki kəşfiyyatı), MUCELS (ultraqısa dalğa diapazonunda çoxkanallı kəşfiyyat) sistemləri ilə də təchiz olunub.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Şərh yaz:

6 Şərh:

  • Anonim
    asi · 6 Dekabr 2021 10:3540

    Ayımız, çaqqalımız, “ şirimiz” var idi, indi qartalımız uçub gəldi..

    Cavab yaz
    • Anonim
      Ziko · 6 Dekabr 2021 12:3610

      Çox gözəl bənzətmə. Əla

      Cavab yaz
  • Anonim
    Ali · 6 Dekabr 2021 11:3110

    Əgər kəşfiyyat qsədi ilə, informasiya toplamaq sonradan məlumatları düşmən tərəfə ötürmək məqsədi daşıyırsa ,onda petedislokasiya tədbirləri görülməlidir.

    Cavab yaz
  • Anonim
    Ceyhun · 6 Dekabr 2021 12:0920

    Bu uçuşun bizə ancaq ziyanı ola bilər...

    Cavab yaz
  • Anonim
    Elya · 6 Dekabr 2021 18:2010

    gəl ha gəldi... Işiğa gəlirlər hamisi. Nəhənglərin maraği Qarabağda toqquşub. Qonaq qonaği sevmez, biz ev yiyəsi olaraq heç birini. hamisi öz xarabasina getsin. Pardon

    Cavab yaz
  • Anonim
    Nə axtaracaq? · 6 Dekabr 2021 18:4310

    Yəqin Baydenin diş Protezini axtarırdı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.